Aeroport yolunda piyadanı maşın vurdu
Bizi izləyin

Hadisə

Aeroport yolunda piyadanı maşın vurdu

Piyada hadisə yerində keçinib.

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

"Audi" markalı "99-HL-277" dövlət qeydiyyat nişanlı avtomobil yolu keçmək istəyən 30-35 yaşlı kişini vurub. Piyada hadisə yerində keçinib.

Əraziyə Yol və Polis patrul xidmətlərinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm