Alt paltarı iki qızın ölümünə səbəb oldu - İldırım vurdu - FOTO
Bizi izləyin

Hadisə

Alt paltarı iki qızın ölümünə səbəb oldu - İldırım vurdu - FOTO

İngiltərədə qeydə alınan hadisə mediada geniş müzakirələrə səbəb olmuşdu.

Publika.az xəbər verir ki, İngiltərənin Hayd parkında gəzməyə çıxan iki gənc qız qəflətən başlayan fırtına səbəbindən nəhəng bir ağacın altında gizlənir.

Yağışdan qorunmağa çalışan qızların ağlına belə gəlməzdi ki, ağacın altı bir neçə dəqiqədən sonra onlara məzar olacaq. Qadınların geyindiyi alt paltarının dəmirləri yüksək dərəcədə elektrik keçiriciliyi səbəbindən ildırımı birbaşa onların bədəninə yeridib.

1999-cu ildə baş verən hadisə zamanı ölən qızların cəsədi 15 saatdan sonra aşkarlanıb. Hadisənin necə baş verdiyi isə bu günlərdə məlum olub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm