"Mercedes" darvazaya çırpıldı, sərnişin ön şüşədən yola düşdü - - FOTO
Bizi izləyin

Hadisə

"Mercedes" darvazaya çırpıldı, sərnişin ön şüşədən yola düşdü - - FOTO

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan "90-TF-087" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil yüksək sürətlə gələrək Tibb Universitetinin dəmir darvazasına çırpılıb.

Buna baxmayaraq maşın hərəkəti davam etdirib. Avtomobil, ön sol təkər dayağının qırılması və sürücünün qəfil əyləci basması nəticəsində manevr edərək dayanıb. Bu zaman maşında olan sərnişin, 1991-ci il təvəllüdlü Baxşəliyeva Günel Oqtay qızı maşının ön sağ şüşəsindan bayıra çıxaraq yerə düşüb.

O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Sürücünün izahatı alınıb. Avtomobil cərimə meydançasına aparılıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm