Reanimasiyaya yerləşdirilən Xalq artistinə həkimlərdən QADAĞA - FOTO
Bizi izləyin

Hadisə

Reanimasiyaya yerləşdirilən Xalq artistinə həkimlərdən QADAĞA - FOTO

İyunun 16-da Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzinə yerləşdirilən Xalq artisti Qəndab Quliyevanın vəziyyəti stabil olaraq qalıb.

Bu barədə Publika.az-a Respublika Müalicəvi Diaqnostika Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, onun səhhətinə ağırlaşmaya doğru dəyişiklik yoxdur: “Əksinə xəstəxanaya yerləşdirildiyi gündən aparılan müalicələr nəticəsində vəziyyəti daha yaxşıdır. Dünəndən bu günə vəziyyətində ciddi bir dəyişiklik yoxdur. Hələ ki, reanimasiyadadır, palataya köçürülməsi müalicənin gedişindən asılıdır”.

Mərkəzdən bildirdilər ki, Xalq artistinin ətrafla ünsiyyətinə də məhdudiyyət qoyulub: “Qəndab xanımın səhhəti üçün onun yaxınları ilə görüşüb, danışmağına çox da icazə verilmir. Çünki nə qədər çox ünsiyyətdə olarsa, bu onun səhhətinə mənfi təsir göstərər”.

Xatırladaq ki, Xalq artisti Qəndab Quliyeva bir həftədir ürək çatışmazlığı ilə Respublika Müalicəvi Diaqnostika Mərkəzi nəzdində Bakı Ürək Mərkəzində müalicə edilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm