Sosial media fenomeni faciəli şəkildə öldü - FOTOLAR
Bizi izləyin

Hadisə

Sosial media fenomeni faciəli şəkildə öldü - FOTOLAR

Yüz minlərlə izləyicisi olan bloger Rebeka Burqer evində ölü tapılıb.

Publika.az xəbər verir ki, fransız xanım krem sıxmaq üçün istifadə olunan məişət avadanlığının partlaması nəticəsində həyatını itirib.

32 yaşlı blogerin cəsədi ailəsi tərəfindən aşkarlanıb.

Ailəsi Rebekanın hesabında paylaşım edərək bildirib ki, partlama nəticəsində avadanlıqdan qopan şüşə qırıqları onun sinəsinə və üz nahiyyəsinə girib.

Ailə həmin cihazın şəkilini də paylaşıb və qeyd edib ki, məhsul keyfiyyətsiz olub.

Könül Cəfərli.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm