Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü
Bizi izləyin

Hadisə

Mingəçevirdə iki ailə arasında kütləvi dava düşdü

Mingəçevir şəhərində məskunlaşmış, əslən Kəlbəcər rayonundan olan iki ailə arasında kütləvi dava olub.

Publika.az xəbər verir ki, hadisə məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı 1 saylı Dəmir Beton Məmulatları Zavodunun həyətində baş verib.

Belə ki, 1981-ci il təvəllüdlü Süleyman Əmirxan oğlu Ələkbərovla 1993-cü il təvəllüdlü Ömər Akif oğlu Ağaxanov arasında yaranan mübahisəyə sonradan onların yaxınları da qoşulub. Nəticədə kütləvi dava olub.

Hadisə zamanı bir ailənin iki üzvü - Süleyman Ələkbərovun çənəsi sınıb, Nazilə Ələkbərova isə qarın, bel və üz nahiyəsindən müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Şahidlərin sözlərinə görə, Ömər Ağaxanov dava vaxtı içkili olub. Fakt Mingəçevir Şəhər Polis Şöbəsi tərəfindən araşdırılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm