İmişlidə avtomobil qəzası: 1 ölü, 3 yaralı
Bizi izləyin

Hadisə

İmişlidə avtomobil qəzası: 1 ölü, 3 yaralı

İmişli-Beyləqan avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az “Report”a istinadən xəbər verir ki, qəza nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Bəhramtəpə qəsəbəsində salınmış "Fin evləri" adlı məcburi köçkün şəhərciyində yaşayan 1989-cu təvəllüdlü Cəbrayıl Vaqif oğlu Quliyev və 1989-cu il təvəllüdlü Yasin Bayram oğlu Şirinov İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Digər yaralı isə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Ölənin şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm