80 yaşlı nənəni qandallayıb apardılar - GÖRÜNTÜLƏR
Bizi izləyin

Hadisə

80 yaşlı nənəni qandallayıb apardılar - GÖRÜNTÜLƏR

Türkiyənin Adana şəhərinin Seyhan qəsəbəsində qonşuların şikayət etdiyi 80 yaşlı Zəkiyə Gəzgiç adlı qadını polislər bölməyə aparıb.

Publika.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qonşuların iddiasına görə Z.Gəzgiç evin damına çıxaraq digər evlərə daş atıb.

Şikayətdən sonra polis yaşlı nənənin evinə gedib. Polisləri görən qadın dama çıxıb və daş ataraq polislərin yaxınlaşmasına əngəl olub. Polislərin bütün cəhdinə baxmayaraq qadını damdan endirmək mümkün olmayıb. Nəticədə qadının qollarına qandal vurularaq damdan endirilib və polis bölməsinə aparılıb.

Qonşuların sözlərinə görə, qadın tək yaşadığı üçün psixoloji problemlər keçirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm