Bakıda taksi yaşlı qadını vurdu
Bizi izləyin

Hadisə

Bakıda taksi yaşlı qadını vurdu

Hadisəni törədən sürücü saxlanılıb.

Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un xəbərinə görə, Tbilisi prospektində taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əsgərova Solmaz Orucəli qızını vurub.

Nəticədə qadın açıq sınıq xəsarətləri və kəllə-beyin travması alıb. O, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisəni törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm