Hadisə
Bayram bir ailə üçün faciəyə döndü
Bayram günü Balakən rayonunda baş verən ağır yol qəzasında bir ailənin bir üzvü ölüb, daha üç üzvü isə ağır xəsarət alıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə Balakən-Qazma
avtomobil yolunda baş verib. Rayonun Qazma kənd sakini, 1941-ci il
təvəllüdlü Rəhim Alı oğlu Bayramovun idarə etdiyi "VAZ 2106"
markalı 08 BE 941 dövlət nömrə nişanlı minik avtomobili ilə
həmkəndlisi, 1990-cı il təvəllüdlü Tamerlan Sabir oğlu Atayevin
idarə etdiyi "Mercedes" markalı 08 BF 891 dövlət nömrə nişanlı
avtomobil toqquşub. Qəzadan sonra VAZ 2106 markalı avtomobilin
sürücüsü Rəhim Bayramov, onun həyat yoldaşı, 1947-ci il təvəllüdlü
Zərnişan Sarı qızı Bayramova, nəvəsi, 2013-cü il təvəllüdlü
Zərnişan Taleh oğlu Bayramova, Zərnişanın anası, 1969-cu il
təvəllüdlü Əminə Kamal qızı Bayramova və "Mercedes"in sürücüsü
Tamerlan Atayev aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə
Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.
Balakən MRX-dan APA-ya verilən məlumata görə, yaralılardan 76 yaşlı
Rəhim Bayramov xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı
ağır bədən xəsarətlərindən ölüb. Onun həyat yoldaşı, 70 yaşlı
Zərnişan Bayramova ağır qapalı kəllə-beyin travması, sağ bud
sümüyünün yerdəyişən sınığı diaqnozu və travmatik şok vəziyyətdə,
nəvəsi Zərnişan isə üzərində cərrahiyə əməliyyatı aparıldıqdan
sonra reanimasiya şöbəsinə yerləşdiriliblər. Ailənin gəlini Əminə
Bayramova və digər sürücü Tamerlan Atayev xəstəxananın cərrahiyə
şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır
qiymətləndirilir.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində araşdırma aparılır.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı