17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)
Bizi izləyin

Hadisə

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

Türkiyənin Samsun əyalətində dəhşətli hadisə baş verib.

Publika.az xəbər verir ki, Samsunun Canik rayonunda yerləşən Gölala şəlaləsində üzməyə gedən gənclərdən biri boğularaq ölüb.

İlkin məlumatlara görə, 17 yaşlı Ercan Yılmaz dostları ilə birlikdə əylənərkən birdən boğulmağa başlayıb.

Üzə bilməyən Ercan dostlarından kömək istəsə də, onlar bunun zarafat olduğunu düşünüb və ona kömək etməyib.

Boğulmaq üzrə olan başqa bir gənci xilas edən dostları son anda Ercanın suda itdiyini görüblər.

Oğlanın boğulma anı dostları tərəfindən anbaan lentə alınıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Həmin dəhşətli görüntüləri təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm