Azərbaycanda müəmmalı qətlin üstü açıldı
Bizi izləyin

Hadisə

Azərbaycanda müəmmalı qətlin üstü açıldı

İyunun 21-də Lənkəran rayonunun Liman şəhərində törədilmiş qətlin üstü açılıb.

Publika.az DİN-ə istinadən xəbər verir ki, şəhər sakini İlahə Nəcəfovanın evinə gələn naməlum şəxs ev sahibəsinə və səs-küyə gələn anası Arifəyə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib. Hər iki yaralı xəstəxanaya yerləşdirilib, Arifə orada ölüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Əziz Əsgərov iyunun 26-da tutularaq istintaqa təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm