Siyəzəndə AĞIR QƏZA: Sərnişin avtobusu dağdan aşdı (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Siyəzəndə AĞIR QƏZA: Sərnişin avtobusu dağdan aşdı (YENİLƏNDİ)

Hadisə zamanı mikroavotobusda 15 nəfər olub.

Siyəzəndə baş vermiş ağır yol qəzasında yaralananların adları bəlli olub.

Bu gün Siyəzən rayonunda baş vermiş ağır yol qəzasının bəzi təfərrüatları bəlli olub. Hadisə zamanı yaralananlar Siyəzən Regional Diaqnostika Mərkəzinə aparılıb. "Report"un Şimal bürosu hadisə zamanı yaralanan şəxslərin bəzilərinin adlarını öyrənə bilib:

Salamov Pərviz Fəxrəddin oğlu - 1990 təvəllüdlü

Ağayev Ceyhun Qəhrəman oğlu -1988 təvəllüdlü

Balabəyov Firuz Canlar oğlu - 1981 təvəllüdlü

Cəbrayılov Cəlil Ayətşah oğlu - 1991 təvəllüdlü

Digər yaralıların da adlarını öyrənməyə çalışacağıq.

Xatırladaq ki, hadisə zamanı mikroavtobusda 15 nəfər olub.

***

Siyəzən rayonunda ağır yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə az öncə baş verib. Siyəzən-Məşrif-Qalaltı marşrutu üzrə hərəkət edən Mercedes markalı mikrotavtobus dərəyə yuvarlanıb. Hadisə zamanı mikroavotobusda 15 nəfər olub. 8 nəfərin yaralı olduğu bildirilib.

Siyəzən rayonundan hadisə yerinə 3 təcili tibbi yardım briqadası gedib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm