Generalla bağlı şok HƏQİQƏTLƏR ÜZƏ ÇIXIR: intim şantaj və 120 min dollarlıq TƏLƏB - FOTO
Bizi izləyin

Hadisə

Generalla bağlı şok HƏQİQƏTLƏR ÜZƏ ÇIXIR: intim şantaj və 120 min dollarlıq TƏLƏB - FOTO

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Anti-terror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyilə baş tutan prosesdə zərərçəkmiş iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər dindirilib. İttihama görə, 2015-ci ildə Maqsud Mahmudov MTN-ə çağırılıb və ondan hədə-qorxu yolu ilə 120 min dollar alıblar.

Şahid qismində ifadə verən Aslan Qəhrəmanov bildirib ki, Maqsud Mahmudovla dost olublar: “2015-ci ilin yayında Maqsud mənə zəng etdi və görüşmək istədiyin bildirdi. Mən də onunla görüşdüm. Görüş zamanı Maqsud bildirdi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Həmin vaxt Maqsud pulun ondan kimin tərəfindən tələb edilməsini bildirmədi. O, dedi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Maqsudun da, mənim də obyektlərim var idi. Biz dost olmaqla yanaşı, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq və əldə olunan pulu MTN-ə verək, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində olan mağazanı tələsik satdıq və əldə olunan 60 min dolları götürərək MTN-ə gəldik. Orada parkda maşını saxladıq. Maşından düşəndə Maqsud orada onu gözləyən Azər Mehdiyevlə söhbət etməyə başladı. Həmin vaxt kənarda olduğum üçün pulun verilməsini görməmişəm. Maqsud geri qayıdanda bildirdi ki, pulu MTN işçilərinə verib”.

Şahidin sözlərinə görə, Maqsud Mahmudovdan pulu Azər Mehdiyev tək almayıb. O söyləyib ki, Maqsud bu işdə Anti-terror Mərkəzinin rəis müavini İlqar Əliyevin və həmin mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.

Maqsud Mahmudov bildirib ki, pulu Azər Mehdiyevə və Ayaz Gərayzadəyə verib.

Daha sonra şahid qismində ifadə verən Marik Şamilov deyib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşüb və həmin evdə əldə etdikləri pula Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb. Şahidin sözlərinə görə, həmin torpaq sahəsinin bələdiyyədən sənədləri olub: “İki ildən sonra torpaq aldığım əraziyə gəldim. Gördüm ki, orada tikinti işləri gedir. Bildirdim ki, bu torpaq sahəsini mən almışam. Orada işləyənlər dedilər ki, gözlə, torpağı alan sahibkar gələcək. Bir qədər sonra Maqsud ora gəldi. O dedi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll olunacaq. Amma gözləsəm də, bu məsələ həll edilmədi”.

Marik Şamilov deyib ki, bununla bağlı dəflərlə polis və prokurorluğa şikayət, habelə məhkəməyə müraciət edib: “Amma bir nəticəsi olmayıb. Mənə torpağı satanlar Maqsudun dostları olub. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o, mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. Ora da ünvanlı kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-nin qəbul şöbəsində ərizə yazmışam”.

Maqsud Mahmudov bildirib ki, bu şikayətdən sonra ondan 120 min dollar alıblar: “MTN-dən Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Maqsuda çatıb. Bununla bağlı Ayaz Gəryzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində var”.

Azər Mehdiyev bildirib ki, həmin ərəfədə “Atletlər kəndi”də keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub: “Bu ərəfədə işə gəlmirdim. Ancaq “Atletlər kəndi”də olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin günü Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Məndə günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm. Bununla bağlı qapalı iclasda geniş danışacam”.

Elçin Quliyev bildirib ki, bu işlə bağlı İlqar Əliyevin ifadələrinə istinad olunur: “Amma həmin ifadələri mənə təqdim etmədilər və bildirdilər ki, həmin ifadə dövlət sirri təşkil edir. Eyni zamanda, Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı icalasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə çalışmışam. Sonradan mənim və həyat yoldaşımın ölkədən çıxışına qadağa qoyulub. İki uşaq anasının ölkədən çıxışına qadağa qoyulur. O, hara qaçacaqdı? Mən uzun illər xüsusi xidmət orqanında işləmişəm. Özümdə suç hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanım olan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. İlqar Əliyev həbs olunandan sonra guya ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Sonradan Ayaz və Ramin könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər. Bu şəxslərin ölkədən çıxmalarına qadğa qoyulmalı halda, bu edilməyib. Onlara ölkədən çıxmalarına şərait yaradılıb”.

Maqsud Mahmudov Elçin Quliyevin arayışına cavab verib: “Məni MTN-ə aparıbsız? Guya dövlətə xəyanət etmişəm, amma həbs etməyibsiz”.

Elçin Quliyev isə bildirib ki, hər MTN-ə gətiriləni həbs etmirdilər: “Araşdırma aparılırdı. Sən özün də yaxşı bilirsən ki, hansı səbəbdən MTN-ə çağırılmışdın. Ukrayna hadisələrinə görə MTN-ə çağırılıb dindirildin”.

Daha sonra şahidlər Firudin Bağırov, Şakir Əliyev, Orucağa Əhədov ifadə veriblər. Onlar Maqsud Mahmudovun MTN-ə çağırılmasından və 120 min dollarının alınmasından danşıblar. Şakir Əliyev ifadəsində söyləyib ki, Maqsud Mahmudovu MTN-də qızla intim əlaqədə olmaqda ittiham ediblər və ondan külli miqdarda pul alıblar.

Elçin Quliyev bu iş üzrə ifadə verən şahidlərin yalan danışdığının üzə çıxdığını deyib: “Burada şahidlər ifadələrində ziddiyyətli danışırlar. Bu da sübut edir ki, ifadələr öyrədilib. Bildirmək istəyirəm ki, icra hakimiyyətinin başçısının müavinin epizodu üzrə şahidlər MTN-nin 2 və ya 3-cü mərtəblərinə çıxdıqlarını deyirlər. Onlar bunun da dəqiq göstərmirlər. Onlar pilləkənləri çıxanda neçənci mərtəbədə olduqlarını başa düşməyiblər? Antiterror mərkəzi nazirliyin birinci mərtəbəsində olub. Heç bir şahid birinci mərtəbədə olduğunu deməyib. Nazirliyin 3-cü mərtəbəsində nazir əyləşib, ikinci mərtəbədə isə başqa idarələr olub”.

Prosesdə Maqsud Mahmudovla Elçin Quliyev mübahisə ediblər. Mübahisəni sakitləşdirən hakim onlara xəbərdarlıq edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm