Ələt-Astara yolundakı ağır qəzada ölənlərin sayı artdı - - FOTO/VİDEO
Bizi izləyin

Hadisə

Ələt-Astara yolundakı ağır qəzada ölənlərin sayı artdı - - FOTO/VİDEO

İyulun 13-də Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb.

"Report"un xəbərinə görə, qəza zamanı xəsarət alaraq 1 saylı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Qəhrəmanova Aqilə Canhəsən qızı həkimlərin səylərinə baxmayaraq iyulun 17-də Reanimasiya şöbəsində dünyasını dəyişib.

Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər "Kamaz"a, ən sonda gələn “Mercedes” markalı mikroavtobus isə qoşqulu yük maşınına çırpılıb. Nəqliyyat vasitəsində sürücü ilə birgə ümumilikdə 9 nəfər olub. onlardan 3-ü hadisə yerində ölüb. Daha bir nəfər sonradan xəstəxanada keçinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm