• USD 1,7002 0,00% EUR 1,9941 -0,65%
    • GBP 2,2440 -0,21% RUB 0,0287 +0,70%

Ağdaşda AĞIR QƏZA: 4 yaşlı uşaq öldü

  • Hadisə
  • 18 İyul 2017 10:30
  • 190 Baxış
Ağdaşda AĞIR QƏZA:  4 yaşlı uşaq öldü

Ağdaş rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan 4 nəfərdən biri ölüb.

Ötən gün Ağdaş-Qəbələ avtomobil yolunun 8-ci kilometrliyində “QazEL” markalı yük maşını ilə “VAZ - 2107” markalı minik avtomobili toqquşub. Nəticədə sürücü, Yevlax sakini, 1994-cü il təvəllüdlü Bəhruz Bəşirli, Qəbələ sakinləri olan sərnişinlər, 1993-cü il təvəllüdlü Tural Şükürov, onun bacısı, 1991-ci il təvəllüdlü Güldanə Məhərrəmova və bacısının oğlu, 2013-cü il təvəllüdlü Yusif Məhərrəmov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Ağdaş rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan şəxslərdən Yusif Məhərrəmovun həyatını xilas etmək mümkün olmayıb, digərlərinin vəziyyəti ağırdır.

Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>