Rövşən Lənkəranski sözləri sonu oldu – Bakıdakı hadisənin ŞOK TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

Rövşən Lənkəranski sözləri sonu oldu – Bakıdakı hadisənin ŞOK TƏFƏRRÜATI

Bakıda gecə klubunda müştərini qətlə yetirməkdə təqsirli bilinən Vüsal İbrahimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyilə baş tutan prosesdə şahid qismində Abdurrahman Almiyaşov ifadə verib.

O, bildirib ki, qətl hadisəsinin baş verdiyi barda "DJ" işləyib.

Abdurrahman Almiyaşov məhkəmənin çağırışlarına gəlməməsini Azərbaycanda olmaması, işlə bağlı Rusiyada olması ilə izah edib.

Hadisə baş verən gün gördüklərindən danışan şahid qeyd edib ki, barda musiqi kəsiləndə bıçaqlanmanın olduğunu bilib: “Məsafə çox idi. Səs-küy olanda gördüm ki, hamı bir yerə toplaşıb. Dedilər ki, adam bıçaqlayıblar. Dava-dalaşı görməmişəm”.

Hakimin suallarını cavablandıran Abdurrahman Almiyaşov mərhumun ona mahnı sifariş verdiyini deyib. Hakim həmin mahnının oğru ailəminə aid olub-olmaması ilə maraqlanıb. Şahid qeyd edib ki, barda oğru ailəmi ilə bağlı mahnı sifariş vermək qadağan idi: “Mərhum Nurlan mənə yaxınlaşdı və Rövşən Lənkəranski ilə bağlı mahnı sifariş verdi. Mən də dedim ki, buna icazə yoxdur. Buna görə də onun sifariş verdiyi mahnını ifa etmədim.

Oğru ailəmi ilə bağlı mahnıların ifa edilməsinə qadağa qoyulması ilə bağlı suallara şahid belə cavab verib: “Bar sahibi icazə vermirdi. Ümumiyyətlə, oğru aləmilə bağlı mahmı sifarişi qadağan idi. Rəhbərlik özü də deyirdi ki, belə məsələ olanda heç mənə telefon açıb narahat etməyin”.

Abdurrahman Almiyaşov əlavə edib ki, mərhumun sifarişini yerinə yetirmədikdə o, aqressivləşib və “Bu mahnı çalınacaq” deyib: “Dedim get icazə al mən də sifarişi yerinə yetirim. Əlində də bakal var idi. Çıxıb getdi. Bir az keçəndən sonra belə hadisə baş verdi”.

Növbəti proses iyulun 27-də davam edəcək.

İttihama görə, qətl hadisəsi Nizami rayonu, “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “Arbotaj” gecə klubunda baş verib.

1991-ci il təvəllüdlü Vüsal İbrahimov işlədiyi barda mübahisə etdiyi müştəri, 1989-cu il təvəllüdlü Tovuz rayon sakini Nurlan Atakişiyevi bıçaqlayıb. Yaralı xəstəxanada dünyasını dəyişib.

Məhkəmədə məlum olub ki, mərhum barda oğru aləminə aid mahnı sifariş vermək istəyib. Mübahisə də elə buna görə baş verib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm