Bakıda yaşayış binasında yanğın
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında yanğın

Bakıda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Publika.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.

Beşmərtəbəli yaşayış binasının girişində quraşdırılmış elektrik lövhəsində 10 ədəd elektrik sayğacı və giriş-çıxış kabeli 2 p.m. yanıb. Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm