Gəncədə yolu keçən qadını maşın vurdu
Bizi izləyin

Hadisə

Gəncədə yolu keçən qadını maşın vurdu

Faktla bağlı araşdırma aparılır.

Gəncədə piyadanı avtomobil vurub.

Publika.az xəbər verir ki, hadisə şəhərin 28 May küçəsində baş verib.

Şəhər sakini 1990-cı il təvəllüdlü Xəyalə Verdiyeva yolu keçən zaman avtomobil onu vurub. Qadın Gəncə şəhər təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

İlkin məlumata görə, qadını “Lada” markalı avtomobil vurub.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm