Gömrükçülər külli miqdarda araq müsadirə etdi - - FOTO
Bizi izləyin

Hadisə

Gömrükçülər külli miqdarda araq müsadirə etdi - - FOTO

Faktla bağlı araşdırma aparılır.

Gömrükdə saxlanılan iki avtomobildə 175 ədəd araq aşkar edilib.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, DGK-nın Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olan məlumat əsasında, Tovuz Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilən əməliyyat tədbirləri nəticəsində iki nəqliyyat vasitəsi saxlanılıb.

Həmin nəqliyyat vasitələrinə baxış zamanı üzərində aksiz markası olmayan araqlar aşkar edilib.

Avtomobillərdən birində sellofan torbalarda 30 ədəd, digərində isə qutuların içərisində 145 ədəd bir litrlik "Nemiroff" adlı araqlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm