Arvadını əxlaqsızlıq yuvalarına apardı və... - Katibənin əri ilə birgə AĞLAGƏLMƏZ ƏMƏLLƏRİ
Bizi izləyin

Hadisə

Arvadını əxlaqsızlıq yuvalarına apardı və... - Katibənin əri ilə birgə AĞLAGƏLMƏZ ƏMƏLLƏRİ

Dələduzluqda təqsirli bilinən Bənövşə Süleymanovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyilə keçirilən prosesdə şahid qismində Bənövşə Süleymanovanın keçmiş həyat yoldaşı Elmar Paşayev ifadə verib.

Elmar Paşayev bildirib ki, Bənövşə Süleymanova ilə birgə nikahı dövründə kafe alıb və həmin kafeni istifadə edib: “Mən əvvəllər də bizneslə məşğul olmuşam. Yəni, Bənövşənin qazancı ilə biznes qurmamışam. Universitetdə oxumağa başlayan dövrdən işləmişəm. Həm oxumuşam, həm də işləmişəm. Ailədə həmişə gəlir gətirən olmuşam. Bənövşənin puluna ehtiyacım olmayıb”.

Təqsirləndirilən Bənövşə Süleymanova keçmiş ərinə etiraz edib. O, bildirib ki, vətəndaşlardan aldığı pulları Elmara verib: “Elmarda həmin pullar hesabına özünə kafelər alıb, ailəsini dolandırıb, bu yolla varlanıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, əri onu əxlaqsızlıq yuvalarına aparıb: “Həmin əxlaqsız yuvalarından birinin adını deyə bilərəm. Bu Əhmədli qəsəbəsində “Maral” hoteldir. Elmar məni dəfələrlə ora aparıb. Heç kişidə arvadını əxlaqsız yuvalarına aparar? Bununla bağlı faktlar deyə bilərəm. Həmin hoteldə olmağımızla bağlı səs yazılarımız, hoteldə qeydiyyat dəftərində adımız var”.

Elmar Paşayev keçmiş həyat yoldaşının yalan danışdığını, onu heç vaxt hotellərə aparmadığını deyib. O bildirib ki, birgə nikahları dövründə Bənövşəni dəniz kənarına aparıb: “Burada da pis heç nə yoxdur. Dəniz kənarına gəzməyə getmişik”.

Bənövşə Süleymanova əlavə edib ki, əri onu dəlixanaya salıb və dəlilik adı ilə boşayıb: “Məni dəlixanaya salandan sonra məhkəmənin qərarı ilə boşandı. Dəli kimi məni qələmə verdi, uşaqlarımı da öz himayəsinə götürdü”.

Bənövşə Süleymanova deyib ki, vətəndaşlardan topladığı pulları Elmara verib: “Elmar mənə deyirdi ki, vəzifəli şəxslərin adından istifadə elə, pul topla. Amma onun adını hallandırmamağımı istəyirdi. Sonra məni dəlixanaya saldı. Mən “Maştağa”da olanda vətəndaşların məndən şikayət etdiyini eşitdim. Anama, atama zəng edirdim ki, mən dəli deyiləm, məni buradan çıxardın, şikayətçilərlə danışım. Pulları Elmara verdiyimi onlara deyim, onlar da puların kimdə olduğunu bilsinlər. Elmar məndən istifadə edib”.

Elmar Paşayev qeyd edib ki, Bənövşə Süleymanovanın vətəndaşlardan aldığı pullardan ona heç nə çatmayıb.

Növbəti proses iyulun 27-də davam edəcək.

İttihama görə, Bənövşə Süleymanova Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsi rəhbərinin təsərrüfat məsələləri üzrə katibəsi vəzifəsində çalışıb.

O, vəzifə səlahiyyətlərindən istifadə edərək zərərçəkmiş Famil Şükürov, İlham Paşayev və digərlərinin etibarından sui-istifadə edib, onları SOCAR-ın müxtəlif idarələrində işə düzəldəcəyini deyib və ümumilikdə 100 min manata yaxın pullarını dələduzluq yolu ilə ələ keçirib.

Bənövşə Süleymanova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm