Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı
Bizi izləyin

Hadisə

Mingəçevirdə QƏZA: Sürücü avtomobili maneələrə çırpdı

Hadisə ilə bağlı araşdırma aparılır.

Mingəçevirdə idaretməni itirən sürücü avtomobili yoldan çıxararaq manelərə çırpıb və ciddi xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb. Belə ki,1981-ci il təvəllüdlü Mingəçevir sakini Mustafayev Sahib Vaqif oğlu "Mercedes" markalı avtomobili ilə Samux küçəsində hərəkət edərkən idarəetməni itirib və qarşısına çıxan maneələrə çırpılaraq yoldan çıxıb.

"Mercedes" bağlar küçəsinə istiqamətlənərək yol nişanlarını aşırıb, həyət evinin hasarına çırpılıb və nəhayət, işıq dirəyinə dəyərək dayanıb. Avtomobil tamamilə yarasız hala düşüb, sürücü isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb. Ona alnının sağ hissəsinin kəsilmiş yarası və digər bədən yaraları diaqnozu ilə tibbi yardım göstərilib. Hazırda onun müalicəsi davam etdirilir və vəziyyəti kafi olaraq dəyərləndirilir.

Baş vermiş hadisə ilə bağlı Mingəçevir şəhər Polis Şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm