Göyçayda avtomobil ağaca çırpıldı - 3 yaralı
Bizi izləyin

Hadisə

Göyçayda avtomobil ağaca çırpıldı - 3 yaralı

Göyçay şəhərində 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə bu gün Göyçay şəhərinin M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb.

“VAZ 2106” markalı minik avtomobili hərəkətdə olarkən sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü, Göyçayın İkinci Ərəbcəbirli kənd sakini, 1992-ci il təvəllüdlü Zülfüqarov Ravil Kamil oğlu, Göyçay şəhər sakinləri, 2001-ci il təvəllüdlü Niftəliyev Orxan Teymur oğlu və qardaşı 2015-ci il təvəllüdlü Niftəliyev Yusif Teymur oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldığı üçün təcili yardım avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm