Ağdaşda Tuqay meşəsində qanunsuz silah aşkarlandı
Bizi izləyin

Hadisə

Ağdaşda Tuqay meşəsində qanunsuz silah aşkarlandı

Faktla bağlı araşdırma aparılır.

Ağdaşda Tuqay meşəsi zonasında atıcılıq imkanları dəyişdirilmiş qanunsuz silah aşkar edilib.

Publika.az xəbər verir ki, mexanizmi dəyişdirilmiş tüfəng barədə polisə çoban məlumat verib.

Hadisə Ağdaş Meşələrin Mühafizəsi və Bərpası İdarəsinin əməkdaşları Tuqay meşəsində qanunsuz təsərrüfatların sökülməsi prosesini həyata keçirdikləri zaman qeydə alınıb.

Əldə edilən məlumata görə, silahın tapılmasından xəbər tutan çoban onun yad əllərə düşə biləcəyindən narahat olaraq dərhal polisə məlumat verib. Tapıntı yerinə gələn Polis əməkdaşları atıcı silahı təhvil alaraq rayon şöbəsinə aparıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm