Gəncədə ana və övladını avtomobil vurub
Bizi izləyin

Hadisə

Gəncədə ana və övladını avtomobil vurub

Faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır.

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Hələ ki, sürücüsü məlum olmayan “VAZ 21015” markalı avtomobil yolu keçmək istəyən 1979-cu il təvəllüdlü Əsgərova Nəzakət və onun qızı, 2002-ci il təvəllüdlü Əsgərova Turanəni vurub.

Xəsarət alan piyadalar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıblar. Onlara tibbi yardım göstərilib. Yaralılardan birinin vəziyyəti normal, digərinin isə kafi qiymətləndirilir.

Faktla bağlı Baş Polis İdarəsində araşdırma aparılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm