Hadisə
Cəbhədə SON VƏZİYYƏT
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 132 dəfə pozub.
Publika.az-ın Müdafiə Nazirliyinin saytına
istinadən verdiyi məlumata görə, Ermənistan Respublikası İcevan
rayonunun Berkaber kəndində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonunun Məzəm, Qızılhacılı kəndlərində və adsız
yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqedzor kəndlərində
yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Muncuqlu
kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə
yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Yarımca, Ağdam rayonunun Baş
Qərvənd, Şirvanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino,
Füzulirayonunun Aşağı Veysəlli, Qobu Dilağarda, Qorqan, Kürdlər,
Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin
Göygöl, Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki
adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin
mövqeləri atəşə məruz qalıb.
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov