Şabranda "Mercedes" aşdı - 6 nəfər xəsarət aldı
Bizi izləyin

Hadisə

Şabranda "Mercedes" aşdı - 6 nəfər xəsarət aldı

Təhqiqat bölməsində araşdırma aparılır.

Şabran rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun 1-ci km-də baş verib.

"Mercedes" markalı maşının aşması nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz, Şabran Mərkəzi Rayon xəstəxanalarına və Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib. Onlardan 3-ü azyaşlıdır.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm