Masallıda qəza - Maşın aşdı
Bizi izləyin

Hadisə

Masallıda qəza - Maşın aşdı

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Masallıda avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb.

Publika.az xəbər verir ki, hadisə Masallı-Yardımlı yolunda, Masallının Qəriblər kəndi ərazisində qeydə alınıb. Masallının Ərkivan qəsəbə sakini 1970-ci il təvəllüdlü Süleyman Ramazan oğlu Abdullayevin idarə etdiyi “VAZ-21011” markalı avtomaşın hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Nəticədə sürücü xəsarət alaraq Masallı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu deyilir.

Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

Fakt araşdırılır. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm