Cəlilabadda qəza - Maşın yanacaqdoldurma məntəqəsinə "girdi"
Bizi izləyin

Hadisə

Cəlilabadda qəza - Maşın yanacaqdoldurma məntəqəsinə "girdi"

Hadisə nəticəsində iki nəfər ağır yaralanıb.

Ələt-Astara yolunda nəqliyyat qəzası verib.

"Report" xəbər verir ki, hadisə Ələt-Astara yolunun Cəlilabad rayonunun Alar kəndindən keçən hissəsində yaşanıb.

"Mercedes" markalı iki avtomobil toqquşub. Həmin avtomobillərdən biri yanacaqdoldurma məntəqəsinin binasına çırpılıb. Binada dağıntı baş verib.

Hadisə nəticəsində iki nəfər ağır yaralanıb. Onlar 30 yaşlı İbrahim Həsənov və 28 yaşlı Ənvər Əkbərovdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm