Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu
Bizi izləyin

Hadisə

Sumqayıtda yaşayış binasında yanğın - 8 sakin təxliyə olundu

Sumqayıt və Qubada yanğın hadisəsi qeydə alınıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Sumqayıtda yanğın Hacı Zeynalabdin qəsəbəsində beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 24 m2 olan 1 otaqlı mənzildə baş verib. Nəticədə 1 ədəd divan yanıb. Yanğın zamanı 8 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Quba rayonu, Çiçi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlamasının 1 tonu, yaxınlıqda yerləşən ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları 1 m2 sahədə yanın. Evin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm