Şəmkirdə kütləvi zəhərlənmə
Bizi izləyin

Hadisə

Şəmkirdə kütləvi zəhərlənmə

Şəmkirdə kütləvi zəhərlənmə olub.

APA-nın verdiyi məlumata görə, bu gün təxminən 15 nəfərə yaxın uşaq, qadın və kişi zəhərlənmə əlamətləri ilə rayon infeksion xəstəxanasına və mərkəzi xəstəxanaya yerləşdiriliblər.

Onlardan bir nəfərinin, 1935-ci il təvəllüdlü Raya Əliyevanın vəziyyəti ağır olduğu üçün Gəncədə olan xəstəxanaların birinə aparılıb. Zəhərlənənlərin yaxınlarının sözlərinə görə, onlar Kür qəsəbəsində, Kür çayının sahilində olan restoranların birində ad günü mərasimində iştirak edib evə qayıtdıqdan sonra zəhərlənmə əlamətləri hiss ediblər. Zəhərlənmənin kababdan baş verdiyi ehtimal edilir. Qeyd edək ki, yaş mərasimində iştirak edənlər rayonun Qapanlı kəndi və Şəmkir şəhər sakinləri olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm