Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi
Bizi izləyin

Hadisə

Dənizdə 1 nəfər batdı, 2 nəfər xilas edildi

Bu gün Xəzər dənizində 1 nəfər batıb, 2 nəfər xilas edilib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Abşeron rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 2 nəfəri xilas edib, digər 1 nəfərin, 1980-ci təvəllüdlü Səmədov Ruslan Ağahəsən oğlunun cəsədini dənizin sahilindən aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 20:20-də başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm