Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Bakıda yaşayış binasında DƏHŞƏTLİ YANĞIN - FOTO/VİDEO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, altımərtəbəli yaşayış binasının ümumi sahəsi 240 m2 olan çardağının yanar konstruksiyaları və vətəndaşa məxsus sahəsi 36 m2 olan 1 otaq yanıb. Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 30 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.

APA-nın xəbərinə görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.

Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.

Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.

***

Bakıda yaşayış binasında yanğın başlayıb.

Publika.az-ın verdiyi məlumata görə, binanın damında başlanan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.

Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.

***

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Publika.az-a açıqlamasında bildirib ki, təcili yardım briqadaları hazırda hadisə yerindədir: “Əməkdaşlarımız hadisə yerində olsa da, bu vaxta qədər təcili yardıma müraciət olmayıb”.

Gülxar

***

Bakıda İzmir parkının yaxınlığında yerləşən yaşayış binasında yanğın başlayıb.

Publika.az bildirir ki, Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, yanğın baş verən binanın sakinləri təxliyə edilib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub və yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm