Bərdədə ağır çəkiclə arvadını öldürdü, uşaqlarının başından vurdu, sonra... - QANDONDURAN TƏFƏRRÜAT
Bizi izləyin

Hadisə

Bərdədə ağır çəkiclə arvadını öldürdü, uşaqlarının başından vurdu, sonra... - QANDONDURAN TƏFƏRRÜAT

Bərdə rayonunda İkinci Hacılar kəndində baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, 1968-ci il təvəllüdlü Saday Əliyevin həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürməsi hər kəsi şoka salıb. Sakinlər deyir ki, heç kim S.Əliyevin belə bir hadisə törətməsinə inana bilmir: “O çox sakit, tərbiyəli, ailəsini, övladlarını sevən adam idi. Uşaqları üçün hər şey edərdi. Özü təsərrüfatla məşğul olurdu, yoldaşı mədəniyyət işçisi idi, uşaqlarının biri kollecdə oxuyurdu. Heç vaxt ailələrindən problem eşitməmişik. Amma son bir ayda Sadayın psixoloji durumunda problemlər yaranmışdı. Atası həkimə aparmışdı, onlar da yüngül müalicə yazmışdılar. Ciddi bir şey olmadığını demişdilər. Amma son vaxtlar özünə qapanmışdı. Hətta bir dəfə də özünü öldürmək istəyib, o zaman mane olmuşdular”.

Sakinlər deyir ki, psixoloji problemləri yaranandan sonra da o heç kimlə dalaşmazdı, sadəcə özünə qapanmışdı: “Hadisənin necə baş verdiyini dəqiq bilmirik. Güman edirik ki, əvvəl yoldaşını, sonra da uşaqlarını həmin çəkiclə vurub, sonra yəqin ki, özünə gəlib. Pilləkənin basinda özünü iplə asıb. Valideynləri də onlarla birlikdə qalır. Amma onlara heç nə etməyib.

S.Əliyevin 14 və 18 yaşlı uşaqları isə hazırda Gəncə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.Sakinlərin sözlərinə görə, oğlunun yaşamaq şansının olduğunu, qızının vəziyyətini isə çox ağır olduğunu deyirlər. İndi qızı əməliyyata götürülüb.

Qeyd edək ki, S.Əliyev əvvəlcə həyat yoldaşı Gülbəniz Əliyevanı, daha sonra iki övladı - 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyevi yatdıqları yerdə başından ağır çəkiclə vurub.

Gülxar

***

Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

“Report”un bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb.

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

***

Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə (“Kuvald”) vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm