Füzulidə piyada əleyhinə mina aşkarlandı
Bizi izləyin

Hadisə

Füzulidə piyada əleyhinə mina aşkarlandı

Füzuli rayonunda piyada əleyhinə mina aşkarlanıb.

Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən xəbərə görə, iyulun 24-də Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Füzulirayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində minanın aşkar olunması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən Füzuli rayonu, Aşağı Kürdmahmudlu kəndi ərazisində yerləşən su nasos stansiyasının yaxınlığına baxış keçirilib, aparılan əməliyyat tədbirləri nəticəsində 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib, daşınması mümkün olduğuna görə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş minanın ətrafında 500 kv.metr əraziyə yerüstü baxış keçirilib, təhlükəli əşya və qurğu aşkar edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm