Ağdamda 7 yaşlı uşağı it dişlədi
Bizi izləyin

Hadisə

Ağdamda 7 yaşlı uşağı it dişlədi

Ağdamda 7 yaşlı uşağı it dişləyib.

Publika.az xəbər verir ki, hadisə rayonun Əfətli kəndində baş verib.

7 yaşlı İsmayılov Qaçay İlkin oğlu yaşadığı evin həyətində itin hücumuna məruz qalıb.

Nəticədə Q.İsmayılov alın, kürək və sağ bazunun arxa nahiyəsində deşilmiş və dişlənmiş xəsarəti ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, Q.İsmayılova quduzluğa qarşı vaksin vurularaq ambulator müalicə üçün evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm