Polis rəisinin insanların başına min oyun açan arvadından YENİ XƏBƏR
Bizi izləyin

Hadisə

Polis rəisinin insanların başına min oyun açan arvadından YENİ XƏBƏR

Dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirləndirilən Leyla Əkbərova barəsində olan hökmdən apelyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsindən Publika.az-a verilən məlumata görə, apelyasiya şikayətinə hakim Camal Ramazanovun sədrliyilə baxılacaq.

İlkin baxış iclası iyulun 26-na təyin edilib.

İttihama görə, Leyla Əkbərova təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilib. O, vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.

Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələrilə ittiham olunur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Leyla Əkbərova 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verən Leyla Əkbərova barəsində bəraət hökmünün çıxarılmasını istəyir.

Xatırladaq ki, Leyla Əkbərova Binəqədi Rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm