Əli İnsanovun işi Ali Məhkəmədə ARAŞDIRILACAQ
Bizi izləyin

Hadisə

Əli İnsanovun işi Ali Məhkəmədə ARAŞDIRILACAQ

Sabiq səhiyyə naziri Əli İnsanovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmənin hakimi açıqlanıb.

Ali Məhkəmədən Publika.az-a verilən məluçata görə, sabiq nazirin şikayəti hakim Fərhad Kərimovun icraatına verilib.

Məhkəmənin vaxtı yaxın günlərdə bəlli olacaq.

Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əli İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Bu hökmdən sabiq nazirin vəkilləri apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsinuəin qərarı ilə onların şikayətləri təmin edilməyib.

Xatırladaq ki, sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə şübhəli bilinərək həbs olunub.

Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq 11 il müddətinə azadlıqdan məhrum edilib.

Həbs müddətinin başa çatmasına iki ay qalmış – 2016-cı ilin avqustunda onun barəsində yenidən cinayət işi başlanıb. Bu dəfə keçmiş nazir cəzaçəkmə müəssisəsinin əməkdaşını döyməkdə, otağında psixotrop tərkibli dərman saxlamaqda təqsirləndirilir.

Əli İnsanov ittihamı qəbul etmir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm