Akif Nağıyevə 8 illik HƏBS TƏLƏBİ
Bizi izləyin

Hadisə

Akif Nağıyevə 8 illik HƏBS TƏLƏBİ

Dələduzluqda təqsirləndirilən Rövşən Quliyev və Akif Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəmədində hakim Mirzə Xankişiyevin sədrliyilə baş tutan prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında A.Nağıyevin 8 il və R.Quliyevin isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Növbəti proses avqustun 2-də davam edəcək.

İttihama görə, hər iki şəxs vətəndaşın 12 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirli bilinib.

A.Nağıyev və R.Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli niqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm