Qızını sevdi, anası ilə illərlə cinsi əlaqədə oldu, öldürdü, sonra... - Xaçmazdakı DƏHŞƏTİN TƏFƏRRÜATI
Bizi izləyin

Hadisə

Qızını sevdi, anası ilə illərlə cinsi əlaqədə oldu, öldürdü, sonra... - Xaçmazdakı DƏHŞƏTİN TƏFƏRRÜATI

Sevdiyi qızın anasını öldürməkdə təqsirli bilinən Xaçmaz rayon sakini, 1989-cu il təvəllüdlü Samir Hacıəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə baş tutan prosesdə məhrum Gülnaz Sultanovanın anası Leyla Ələkbərova mülki iddia qaldırıb. O, Samir Hacəliyevdən 10 min manat maddi, 15 min manat mənəvi zərərin tutulmasını istəyib. Hakim Leyla Əkbərovanın mülki iddiasını qəbul etməyib.

Daha sonra zərərçəkmişin qızı Reyhan Feyzullayeva da eyni tələblə mülki iddia qaldırıb. Hakim bu mülki iddianı icraata qəbul edib. Bildirib ki, məhkəmə istintaqı dövründə mülki iddia araşdırılacaq.

Sonra məhkəmə istintaqı başlanıb və prokuror ittiham aktını elan edib.

İttihama görə, Samir Hacıəliyev 27 mart 2017-ci ildə Xaçmaz rayonun Şimali kəndində 47 yaşlı Gülnaz Sultanovanı baltalayaraq öldürüb.

Məlum olub ki, Samir Hacıəliyev Gülnaz Sultanovanın qızı ilə sevgi münasibətləri olub. O, daha sonra 2014-cü ildən Gülnaz Sultanovanın evinə gedib-gəlməyə başlayıb.

Bu müddətdə onun sevdiyi qızın anası Gülnaz Sultanova ilə münasibətləri yaranıb. O, sevdiyi qızın anası ilə cinsi əlaqədə olmağa başlayıb.

Hadisə baş verən günü Samir Hacıəliyevlə Gülnaz Sultanovanın arasında mübahisə yaranıb. Mübahisə zamanı Gülnaz Sultanova onu söyərək təhqir edib.

Bu səbəbdən onların arasında mübahisə yaranıb. Onların mübahisəsi sonda qanlı cinayət hadisəsilə nəticələnib.

O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə ittiham edilir.

İttihama münasibət bildirən Samir Hacıəliyrv özünü qismən təqsirli bilib.

Samir Hacıəliyev bildirib ki, hadisə baş verən günü evdə olub və Gülnaz onun anasına zəng edib: “Məni pis söyüşlərlə söyüb. Məndənsə telefonu niyə söndürdüyüm soruşdu. Dedim ki, yatmışam, ona görə də telefonu söndürmüşəm. Sonra evdən çıxıb və kənd içinə getdim. Daha sonra Gülnazla rastlaşdım. Məni yenə də söydü, onu balta ilə vurdum və getdim”.

Təqsirləndirilən şəxs deyib ki, qətlə yetirdiyi Gülnaz Sultanovanın qızı ilə münasibətləri yaranıb: “Qızın nənəsi məni çox istəyirdi. Qızın anası aramızı vurdu və sonradan bildim ki, Gülnaz məni sevib, ona dedim ki, məndən əl çək, ayıbdır. Gülnaz məndən əl çəkmirdi, maşın tutaraq arxamca gəzirdi. Dostlarımın yanında məni sevdiyini söyləyirdi. Deyirdi ki, məni sevməsən, qızımı öldürcəm”.

Təqsirləndirilən şəxs bildirib ki, mərhum Gülnaz Sultanova ilə aralarında münasibət olmayıb. Onun hadisədən bir gün əvvəl evinə dəvət etməsini Samir Hacıəliyev belə izah edib: “Gülnazla yeyib-içdik. Sonra ona məndən əl çəkməsini istədim. Dedi ki, ya mənim olmalısan, ya da səni vuraraq öldürəcəm. Ona dedim ki, mən qızam, nəyəm ki, sənin olum. Sonra Gülnaz evlələrinə getdi. Onunla görüşməkdə məqəsədim məndən əl çəkməsini istəmək olub”.

Samir Hacıəliyev bildirib ki, mərhuma cəmi bir balta zərbsi vurub. Mərhumda 5 balta zərbəsinin haradan yarandığını izah edə bilməyib. Deyib ki, cinayəti törədəndən sonra yola çıxıb və adam vurduğunu deyib: “Mən yola çıxanda qoca anam mənim arxamca çıxdı və dedi ki, nə etdin? Mən polisə gedərək təslim oldum”.

Samir Hacıəliyev ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib: “Gülnazın qızı ilə sevgimiz qarşlıqlı idi. İnanırdım ki, həmin qızda məni sevib. Əvvəllər qız bizdə qalıb. Buna məqsəd anası onu öldürmək istəyirdi. Qızı bizdə üç gün qalıb, o, mənə deyirdi ki, Samir anamı evə buraxma. Mən də onu evə buraxmırdım. Məni tutdurmaqla hədələyirdi, amma polisə şikayət etməyib”.

Təqsirləndirilən şəxs bildirib ki, Gülnaz Sultanova ilə münasibətləri yaranıb, içki məclislərində olublar: “Bizim bu məclisləri heç kim görməyib. Bu hadisədən bir neçə gün əvvəldə Gülnazla cinsi əlaqədə olmuşam. Onunla iki dəfə cinsi əlaqəyə girmişəm”.

Daha sonra prosesdə qətlə yetirilən qadının qızı Reyhan Feyzullayeva dindirilib. O, Bakıda işləyən zaman Samir Hacıəliyevin ona zəng etdiyini bildirib: “Mənimlə tanış olmaq istədiyini söylədi. Dedim elçi göndər. Rayona gələndə də onunla danışdım. Lakin bizə elçi göndərmədi. Bu barədə anama danışdım. Sonra münasibəti kəsmək istədim. Samir əl çəkmədi, mənə və anama zəng edirdi. Anamla mübahisə edəndən sonra Samirgilə getdim. Orada qaldım. Səhər anam gəldi və mənim evə qaytmağımı istədi. Qayıtmadım, üç gün onlarda qaldım. Həmin vaxtlar mənimlə kobud davranırdı. Anama zəng edəndə telefonu yerə çırpdı. Samir içkili idi. Sonra anamla danışıb, məni aparmasını istədim. Anam gəldi. Lakin Samirin anası getməyimi istəmədi. Anamla evimizə getdim. Samir sonra məni evlərinə aparmaq istədi, razı olmadım. O, çıxıb getdi. Ona bizdə alınmadığını söylədim”.

O, dörd il ərzində Samir Hacıəliyevin anası ilə münasibətlərinin olduğunu ifadə edib: “Məni sevə-sevə anamla da münasibət saxlayırdı. Buna görə də xəcalət çəkirəm. Bununa bağlı maraqlandım. Mənə dedilər ki, onların münasibətləri var, guya sən bilmirsən? Həm anamla, həm də Samirlə danışdım. Samir and içdi ki, anamla münasibətim yoxdur. Amma ona inanmadım".

Növbəti proses avqustun 29-da davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm