“Lotu Quli”nin yeznəsi ilə bağlı QƏRAR VERİLDİ
Bizi izləyin

Hadisə

“Lotu Quli”nin yeznəsi ilə bağlı QƏRAR VERİLDİ

Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yeznəsi Vidadi Hüseynov vaxtından əvvəl azadlığa buraxılıb.

Publika.az xəbər verir ki, 1 saylı istintaq təcridxanasında saxlanılan Vidadi Hüseynovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəmə qərar qəbul edib.

Qərara görə, Vidadi Hüseynov cəzasının çəkilməmiş hissəsindən azad edilib. O, saxlandığı istintaq təcridxanasından azadlığa buraxılıb.

Vidadi Hüseynov ona təyin edilmiş 1 il 6 ay həbs cəzasının çəkilməmiş 3 ayını azadlıqda çəkməli olacaq.

Məlumat üçün bildirək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Hüseynov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Onun cəzasının əvvəli 30 aprel 2016-cı ildən hesablanıb.

İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprelin 30-da narkotik ittihamı ilə həbs edilib.

O, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsilə ittiham edilib.

Xatırladaq ki, ötən il Səbail rayonunda “Bulaq” restoranında kriminal qruplaşmaların üzvləri arasında silahlı atışma olmuşdu. O zaman Vidadi Hüseynov və kriminal aləmə yaxın olan bir sıra digər şəxslər saxlanılmışdı.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm