İslam partiyasının dövlətə xəyanət edən sədr müavini barədə MƏHKƏMƏ QƏRARI
Bizi izləyin

Hadisə

İslam partiyasının dövlətə xəyanət edən sədr müavini barədə MƏHKƏMƏ QƏRARI

Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, təqsirləndirilən şəxslərin apelyasiya şikayətləri təmin edilməyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Natiq Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza, İnqilab Əhədova isə 5 il həbs cəzası verilib.

Natiq Kərimov və İnqilab Əhədov apelyasiya şikayəti veriblər və onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Natiq Kərimov və İnqilab Əhədovun barəsində 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

İttihama görə, adları çəkilən şəxslər xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, onların tapşırıqlarını yerinə yetiriblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm