Mingəçevirdə 36 yaşlı şəxs döyülərək tanınmaz hala salındı
Bizi izləyin

Hadisə

Mingəçevirdə 36 yaşlı şəxs döyülərək tanınmaz hala salındı

Axşam saatlarında Mingəçevirdə döyülmə hadisəsi baş verib.

"Report” xəbər verir ki, şəhərin N.Vəzirov küçəsi, ev 12, mənzil 17-də yaşayan 1981-ci il təvəllüdlü Muradov Əflatun Cəlal oğlu bir neçə nəfərlə mübahisə zəminində döyülərək ağır xəsarətlər alıb.

Onun baş nahiyəsinə ağır daş vurulub, küt alətdən istifadə olunmaqla bədəninin müxtəlif hissələrinə zərbələr endirilib. Baş, üz və qarın boşluğu nahiyələrindən ağır xəsarətlər alan Əflatun Muradov təcili xəstəxanaya çatdırılıb. Üzü tanınmaz hala düşən və çoxsaylı bədən xəsarətləri alan Ə.Muradovun hazırda müayinə və müalicəsi davam edir.

Əldə olunan məlumata görə, yaralı döyülmə səbəbini müxtəlif şəkillərdə izah edib. O, gah söyüşə görə, gah da pula görə döyüldüyünü bildirib. Ə.Muradov hadisənin iş yoldaşları, dostları və hətta qohumunun da iştirakı ilə törədildiyini söyləyib. O, usta olduğu və fərdi qaydada çalışdığı deyib.

Faktla bağlı Mingəçevir şəhər Polis şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm