Bu gün itən uşaq "BakuBus"da tapıldı
Bizi izləyin

Hadisə

Bu gün itən uşaq "BakuBus"da tapıldı

Bu gün saat 16:05 radələrində “BakuBus”a məxsus 2 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda təxminən 5-6 yaşlarında oğlan uşağı tapılıb.

“BakuBus”dan Publika.az-a verilən məlumata görə, dərhal aidiyyatı orqanlara, həmçinin “BakuBus”a məxsus digər avtobus sürücülərinə və xətt dispetçerlərinə uşağın valideynlərinin tapılması istiqamətində məlumat ötürülüb.

Təxminən 16:50 radələrində uşağın nənəsi “BakuBus”a məxsus 1 nömrəli avtobusun 28 May m\st dayanacağında aşkar edilib və uşaq öz yaxınlarına təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm