Hadisə
"Lapşinin İsrailə verilməsi ilə bağlı müraciətinə baxıla bilər" - Ədliyyə Nazirliyi
"Aleksandr Lapşinin müraciətinə o zaman baxıla bilər ki, onun barəsində hökm qüvvəyə minsin".
Publika.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyinin İnsan
Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov
deyib.
A. Lapşinin İsrailin Azərbaycandakı səfirliyinə bu ölkəyə təhvil
verilməsi üçün müraciətinə münasibət bildirən F. Qurbanov bildirib
ki, məhkəmə qərarı qüvvəyə minəndən sonra beynəlxalq müqavilələr,
normalar əsasında bu məsələyə baxıla bilər: "Qanunvericiliyə uyğun
olaraq, hər bir məhkumun belə müraciət etmək hüquq var və ondan
istifadə edə bilər".
Qeyd edək ki, A. Lapşin bu gün İsrailin Azərbaycandakı səfirliyinin
nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini
istədiyini deyib.
A. Lapşin barəsində olan məhkəmə hökmündən apellyasiya şikayəti
verməkdən imtina edib.
Xatırladaq ki, Aleksandr Lapşin Bakı Ağır Cinayətlər Məhkəməsinin
hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3
il müddətinə azadlıqdan məhrum edilib.
A.Lapşinə qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ
keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan
Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və
ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə,
habelə bu cür məzmunlu materialları yayma- Eyni əməllər təkrar və
ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli
sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın
təsdiqini tapmaması qənaətinə gəlib.
Ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A. Lapşin Azərbaycanın
dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü
parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə Azərbaycan
Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq
İdarəsində istintaqı aparılan cinayət işi əsasında təqsirləndirilən
şəxs qismində cəlb edilərək beynəlxalq və dövlətlərarası axtarışa
verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus
Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə
saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına
ekstradisiya edilib.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...