Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Lerikdə broyler fabrikində partlayış - ÖLƏN VƏ YARALANANLAR VAR - YENİLƏNDİ

Lerikdə broyler fabrikində baş verən partlayış nəticəsində ölən və yaralananların adları məlum olub.

Hadisə nəticəsində fabrikdə işləyən, Lerikin Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Oruc oğlu Məmmədov dünyasını dəyişib.

1978-ci il təvəllüdlü Mehman Ağamir oğlu Əliyev və 1975-ci il təvəllüdlü Akif Oruc oğlu Aslanov xəsarət alıblar.

***

Lerik rayonunda broyler fabrikində partlayış olub.

Publika.az-ın xəbərinə görə, hadisə Piran kəndi ərazisində baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Rayondan əldə etdiyimiz məlumata görə, hadisə kəsim sexində olub. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs bunları deyib:

“Hadisə Lerik broylerdə olub. Qaz balonunun partlaması nəticəsində 1 nəfər ölüb. 2 nəfər isə xəsarət alıb. Xəsarət alanların vəziyyəti orta-ağırdır. Hazırda ərazidə araşdırma gedir. Partlayışın dərəcəsi və səbəbləri araşdırılır. Çox güman ki ehtiyyatsızlıq ucbatından qaz balonu partlayıb. Prokurorluq, polis və FHN işçiləri hadisə yerindədir. Ölən şəxs kişidir, adı Vahiddir. Hər üçü kənd sakinidir”.

***

Lerik rayonunda broyler fabrikində partlayış olub.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə Piran kəndi ərazisində qeydə alınıb.

Rayon Fövqəladə Fallar Komissiyasının sədri Habil Məlikovun verdiyi məlumata görə, hadisə kəsim sexində olub.

Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm