DİN Şəmkirdə ananın və iki azyaşlı övladının ölümü ilə bağlı məlumat yaydı
Bizi izləyin

Hadisə

DİN Şəmkirdə ananın və iki azyaşlı övladının ölümü ilə bağlı məlumat yaydı

Daxili İşlər Nazirliyi (DİN) Şəmkirdə ananın iki azyaşlı övladı ilə birgə intiharı ilə bağlı məlumat yayıb.

Publika.az DİN-ə istinadən xəbər verir ki, iyulun 25-də saat 21 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 25 yaşlı Pərvanə Mahmudova intihar məqsədi ilə azyaşlı uşaqları Sənan və Səma ilə birgə özünü Düyərli kəndinin ərazisindən keçən Böyük Kəsik-Bakı sərnişin qatarının altına atıb.

Ana və övladları hadisə yerində ölüblər.

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm