Yevlax Rayon Mərkəzi Xəstəxanası YANDI - FOTO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Yevlax Rayon Mərkəzi Xəstəxanası YANDI - FOTO (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Yevlax şəhəri Mərkəzi Xəstəxanasında baş vermiş yanğınla bağlı məlumat yayıb.

FHN-dən Publika.az-a verilən məlumata görə, yanğın nəticəsində xəstəxana binasının şaxtasında elektrik kabelləri və 4-cü mərtəbədə 4 ədəd oturacaq yanıb. Yanğın zamanı bir neçə xəstə təhlükəsiz əraziyə təxliyyə olunub. Ölən və xəsarət alan yoxdur. Yanğın saat 15:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğından sonra stasionar müalicə alan xəstələr Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu barədə Publika.az-a Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Məlumatda bildirilib ki, Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın tam söndürülüb.

“Yanğın nəticəsində xəsarət alan yoxdur. Hazırda Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev hazırda hadisə yerindədir.Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”

***

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Aynurə Əhmədova Publika.az-a açıqlamasında Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın nəticəsində xəsarət alan olmadığını deyib:

“Hazırda yanğın tam söndürülüb. Yanğın baş verən kimi tibbi heyət və xəstələr xəstəxanadan kənarlaşdırılıb. Onlar arasında xəsarət alan olmayıb. Yanğının başvermə səbəbi aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Xəstəxanada stasionar müalicə alan xəstələrin başqa xəstəxanalara köçürülməsinə gəldikdə, A.Əhmədova bu barədə yaxın vaxtlarda yekun qərar veriləcəyini bildirib.

***

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Publika.az report-a istinadən xəbər verir ki, yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm