Azərbaycana keçmək istəyən şəxsin çantasından silah, ayaqqabısından ...
Bizi izləyin

Hadisə

Azərbaycana keçmək istəyən şəxsin çantasından silah, ayaqqabısından ...

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda şübhəli predmetlərin təsviri görünüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu səbəbdən həmin çantaya təkrar yoxlama keçirilib.

Yoxlama zamanı çantanın içərisindəki geyim əşyalarının arasında soyuq silahlar - 1 ədəd dəyənək və 1 ədəd kombinə edilmiş kastet-bıçaq aşkar olunub. Bundan başqa, vətəndaşın ayaqqabısının sol tayının içində isə 1 ədəd bükümdə xalis çəkisi 2,992 qram olan narkotik vasitə - tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm