83 ölü, 259 yaralı - FHN AÇIQLADI
Bizi izləyin

Hadisə

83 ölü, 259 yaralı - FHN AÇIQLADI

2017-cı ilin I yarımilliyi ərzində respublika ərazisində 5368 təbii və texnogen mənşəli hadisə baş verib.

Fövləradə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 251 hadisə və ya 5% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 48 nəfər həlak olub, 161 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 649 nəfər təxliyə olunub.

2017-cı ilin I yarımilliyi ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5244 çıxış edilib. Onlardan 1076 nəfəri çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə yanğınlar, 2901-i açıq sahələrdə yanğınlar, 2-i meşə və meşə talalarında yanğınlar, 155-i nəqliyyat vasitələrində yanğınlar, 1110-u isə digər yanğınlar olub. Yanğın hadisələri zamanı 35 nəfər həlak olub, 98 nəfər xəsarət alıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 17 nəfər və ya 94%, xəsarət alanlar üzrə 41 nəfər və ya 72% çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm